Təşkilatlar üçün könüllü idarəetməsi: kağızsız tədbir necə keçirilir?
Tədbir yaratmaqdan sertifikata qədər: müraciətlər, departamentlər, koordinatorlar, QR iştirak və toplu mesaj bir paneldə.
Könüllü cəlb edən təşkilatlar üçün ən çətin hissə siyahılar, zənglər və kağız qeydlərdir. Milli Könüllü Platforması bu prosesi bir paneldə toplayır.
Təşkilat platformaya necə qoşulur?
Təşkilat VÖEN və məsul şəxsin məlumatları ilə qeydiyyatdan keçir, moderator yoxladıqdan sonra hesab aktivləşir. Qeydiyyat buradan başlayır.
Könüllüləri necə seçmək olar?
Tədbir yaradanda əsas və ehtiyat say, yaş həddi və son müraciət tarixi müəyyən edilir. Gələn müraciətlərə baxıb qəbul və ya rədd edirsiniz. Şəxsiyyəti təsdiqlənmiş könüllülər müraciət edə bilir.
Böyük tədbirdə komandanı necə bölmək olar?
Tədbirin içində departamentlər yaradın, qəbul edilənləri ora köçürün. Hər departamentə koordinator, bütün tədbirə ümumi menecer təyin etmək olar. Könüllü hansı departamentdə olduğunu və koordinatorunu öz kabinetində görür.
İştirak necə qeyd olunur?
Ekranda 15 saniyədən bir dəyişən QR göstərilir, könüllü onu telefonu ilə oxudur. Kod qısa müddət işlədiyi üçün ekran şəklini sonradan başqasına göndərmək nəticə vermir. Telefonu olmayanı təşkilatçı əllə qeyd edə bilir.
Tədbirdən sonra nə edilir?
Tədbir bitdikdən sonra iştirak edənlərin saatı təsdiqlənir və QR kodlu sertifikat bir kliklə verilir. Seçilmiş qrupa, məsələn 18 yaşdan kiçiklərə, toplu mesaj göndərmək də mümkündür.